Cəbhəyanı rayonlarda mərmi və minalar aşkarlandı

Cəbhəyanı rayonlarda mərmi və minalar aşkarlandı

Hazırda oxunan: Cəbhəyanı rayonlarda mərmi və minalar aşkarlandı

1734

31 oktyabr tarixindә Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabәdi, Ağdam, Bәrdә, Füzuli, Tәrtәr vә Yevlax rayonları әrazisindә mәrmilәrin aşkar olunması barәdә Daxili İşlәr Nazirliyinin ″102″ Xidmәti-Zәng mәrkәzi sistemindәn - 25 (iyirmi beş) vә Fövqәladә Hallar Nazirliyinin Böhran Vәziyyәtlәrindә İdarәetmә Mәrkәzindәn – 1 (bir) müraciәt daxil olub.

ANAMA-dan verilən məlumata görə, daxil olmuş 26 çağırış әsasında Agentliyin xüsusi mobil çevik әmәliyyat qrupları tәrәfindәn Ağcabәdi rayonunun Arazbar, Hacılar, Kәbirli, Mahrızlı kәndlәri, Ağdam rayonunun Xındırıstan, Әhmәdağalı, Üçoğlan kәndlәri vә Qarqar çayının sahili, Bәrdә şәhәri Vaqif küçәsi, Füzuli rayonunun Şükürbәyli, Babı, Alxanlı kәndlәri vә Horadiz şәhәri, Tәrtәr rayonunun Qaynaq, Yuxarı Qapanlı kәndlәri, Şıxarx qәsәbәsi, Bağırov küçәsi, Yevlax rayonunun Kolanı kәndi әrazisinә Daxili İşlәr Nazirliyinin әmәkdaşları ilә birlikdә 24 operativ vә tәxirәsalınmaz әmәliyyat çıxışı hәyata keçirilib.



Aparılmış әmәliyyat- axtarış tәdbirlәri zamanı 1 әdәd 100 mm-lik top mәrmisi (OF-412), 1 әdәd 120 mm-lik minaatan mәrmisi (OF-843), 1 әdәd tank әleyhinә idarә olunmayan RPQ-18 silahı (PQ-18 raketi ilә), 1 әdәd tank әleyhinә idarә olunmayan RPQ-26 silahı (PQ-26 raketi ilә), 1 әdәd tank әleyhinә idarә olunan 9K111 silahı (9M111 raketi ilә), 1 әdәd hәrbi mәqsәdlәr üçün istifadә olunan meteoroloji radiopelenqator vә 25 әdәd partlamış mәrmi qalıqları aşkar olunub.

Mina Tәhlükәsinә dair Maariflәndirmә üzrә mütәxәsisslәr tәrәfindәn 42 777 nәfәr mülkü şәxs arasında mina tәhlükәsizliyinә dair maariflәndirmә tәbliğatı aparılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO