Zaqatalada minik avtomobili aşdı - XƏSARƏT ALAN VAR

Zaqatalada minik avtomobili aşdı - XƏSARƏT ALAN VAR

Hazırda oxunan: Zaqatalada minik avtomobili aşdı - XƏSARƏT ALAN VAR

172879

Zaqatalada yol-nəqliyyat hadisəsi olub.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Gözbarax kəndində baş verib.

Rayonun Yeni Suvagil kənd sakini, 1989-cu il təvəllüdlü Rövşən Abdulsalam oğlu Qurbanovun idarə etdiyi KIA markalı 99-RA-501 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı çökəkliyə aşıb.
Qəza zamanı sükan arxasında sıxılmış vəziyyətdə qalan sürücü R.Qurbanovu avtomobildən çıxarmaq üçün əraziyə FHN-in Zaqatala rayon DYMH-nin texnikası və yanğınsöndürən xilasediciləri cəlb edilib.

R.Qurbanov avtomobildən çıxarılaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO