Konfransda komitənin monitorinq üzrə müavini Rəhman İmanov, mətbuat katibi Telman Mirzəyev, Komitənin təhlükəsizlik üzrə baş məsləhətçi Oqtay Salamov, Xüsusi işlər üzrə müavin Avtandil Məmmədov, İdeoloji işləri üzrə məsləhətçi Ənvər Rzayev, Cənub bölgə rəhbəri Ağakərim Əzimov, Qrup rəhbəri İqbal Mirzəyev, Şəki bölgə rəhbəri Rafiq Lətifov, Regional bölgə rəhbəri Rayət Sadıqov, Regional bölgə rəhbəri Mahir Bağırov, Regional qrup rəhbəri Vidadi Qurbanov, Baş ekspert Tariyel Quliyev, Qrup rəhbəri Rəfael Quliyev, Baş ekspert Qəribbala Novruzov, müşahidəçilər: Samir Əzimov, Ramin Hüseynov və Gürşad Rəhimov, regional bölgə rəhbəri İxtiyar Məmmədov, şamaxı bölgə rəhbəri Ramin Ağazadə, Regional rəhbərin müavini Ruslan Rzazadə və digər üzvlər iştirak etmişlər. Konfransda həmçinin qonaq qismində “Müvəkkil Hüquq Mərkəzinin”x9d sədri Səməd Vəkilov, “Azad Azərbaycan”x9d qəzetinin şöbə müdiri Məmmədhəsən Məmmədov “Reytinq.az”x9d saytının rəhbəri Afiq Mirzəbəyli və digər mətbuat nümayəndələri iştirak edirdi.
Konfransı giriş sözü ilə “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”x9d-nin sədri Elşad Həmidov açıq elan etdi. Hesabat xarakteri daşıyan konfransda komitə sədri geniş nitq söyləyərək, 2017-ci ilin yanvar ayından bu günə kimi gördüyü işlər barədə komitə üzvlərinə məlumat verdi.
Sonra çıxış üçün söz komitənin monitorinq üzrə müavini Bəhmən İmanov çıxış etdi. Bəhmən müəllim də komitənin fəaliyyəti ilə bağlı komitə üzvlərinə geniş məlumat verdi. Bundan əlavə Bəhmən İmanov komitənin daha da geniş fikir irəli sürdü. Daha sonra komitənin mətbuat katibi Telman Mirzəyev, Təhlükəsizlik məsələləri üzrə baş məsləhətçi Oqtay Salmanov, Xüsusi işlər üzrə sədr müavini Avtandil Məmmədov, Baş ekspert Tariyel Quliyev, Cənub bölgə rəhbəri Ağakərim Əzimov, Qrup rəhbəri İqbal Mirzəyev, Şəki bölgə rəhbəri Rafiq Lətifov, Regional bölmə rəhbəri İxtiyar Məmmədov, Regional rəhbər Rayət Sadıqov və digərləri də çıxış edərək öz fəaliyyətləri barədə komitə üzvlərinə və ictimaiyyətə məlumat verdilər, həmçinin komitənin hər bir əməkdaşı öz səmərəli fikirlərini irəli sürdülər. İrəli sürülən təklif və fikirlər komitə üzvləri tərəfindən bəyənildi və razılıqla qarşılandı.
Bundan sonra konfransda iştirak edən mətbuat nümayəndələri çıxış edən komitə üzvlərinə, onları maraqlandıran suallarla müraciət etdilər. Sualların böyük əksəriyyəti komitə sədri Elşad Həmidova ünvanlandığından, Elşad Həmidov suallara bir-bir cavab verdi.
Daha sonra konfrans “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”x9d-nin sədri Elşad Həmidov yekun nitqi ilə yekunlaşdırdı.





























































































