Ombudsman 12 yaşlı qızın məsələsini NƏZARƏTƏ GÖTÜRDÜ

Ombudsman 12 yaşlı qızın məsələsini NƏZARƏTƏ GÖTÜRDÜ

Hazırda oxunan: Ombudsman 12 yaşlı qızın məsələsini NƏZARƏTƏ GÖTÜRDÜ

171281

Sabirabad rayonunun Məmişli kəndində azyaşlı qızın evliliyə cəlb olunması ilə bağlı mətbuatda yayılan məlumat Ombudsman Aparatı tərəfindən araşdırılıb.

Ombudsman Aparatından Bizim.Media-ya verilən xəbərə görə, Sabirabad rayonunun Məmişli kəndində 12 yaşlı qızın evliliyə cəlb olunması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumat araşdırılaraq Ombudsman tərəfindən nəzarətə götürülüb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda 12 yaşlı qız 32 yaşlı oğlanla nişanlanıb? - VİDEO 


Azyaşlının hüquqlarının təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsi və məsələnin nəzarətdə saxlanılması məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Sabirabad Rayon İcra Hakimiyyətinə və Sabirabad Rayon Polis Şöbəsinə müvafiq sorğular göndərilib.

Ombudsman Aparatının aidiyyəti struktur bölməsi tərəfindən uşağın ailə üzvləri ilə maarifləndirici söhbət aparılıb, onlara qanunvericiliyin tələbləri, erkən evliliyin fəsadları izah edilib, uşağın təhsilinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO