Gədəbəydə külək evin dam örtüyünü dağıtdı

Gədəbəydə külək evin dam örtüyünü dağıtdı

Hazırda oxunan: Gədəbəydə külək evin dam örtüyünü dağıtdı

170587

Gədəbəy rayon ərazisində əsən güclü külək bir sıra fəsad törədib, xəsarət alan var.

Bizim.Media xəbər verir ki, güclü külək səbəbindən Gədəbəy rayon Kiçik Qaramurad kəndində vətandaşa məxsus fərdi evin dam örtüyü dağılıb.

Hadisə zamanı yaxınlıqda olan, 1956-cı il təvəllüdlü D.Novruzova başından xəsarət alıb. Onun vəziyyəti normal qiymətləndirilir.

Küləkli hava şəraiti səbəbindən rayonun bəzi ərazilərində də fəsadlar qeydə alınıb. Dam örtüklərinə, təsərrüfata zərər dəyib.

Xatırladaq ki, dünəndən başlayaraq ölkənin digər bölgələrində olduğu kimi, Qərb bölgəsində də küləkli hava şəraiti müşahidə olunur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO