Bakıda sulu qar yağacaq

Bakıda sulu qar yağacaq

Hazırda oxunan: Bakıda sulu qar yağacaq

170527

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, Abşeron yarımadasının şimalında yağışın qısamüddətə sulu qarla qarışıq yağma ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, gündüz əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO