Qod Nisanov qaziyə ev bağışladı

Qod Nisanov qaziyə ev bağışladı

Hazırda oxunan: Qod Nisanov qaziyə ev bağışladı

16967

Azərbaycanlı iş adamı Qod Nisanov  Vətən müharibəsi  iştirakçısı Rüstəm Qurbanova  mənzil bağışlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə biznesmen Yeni Yasamalda yerləşən binaların birindən qazimizə tam təmirli ev hədiyyə edib.

Qeyd edək ki,  bir neçə gün öncə media qurumlarından biri 44 günlük müharibədə iştirak edərək yaralanan və ayaqlarından ciddi xəsarət alan R. Qurbanov haqqında reportaj  yayımlamışdı. 

Reportajda qazinin anası və bacısı ilə birgə kirayədə yaşadığı, atasının isə onları uzun illər öncə tərk etdiyi barədə məlumat verilmişdi. Rüstəm veriliş vasitəsi ilə  ev istədiyini dilə gətirmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO