Tərtərdə fərdi evdə yanğın oldu - Xəsarət alan olmayıb

Tərtərdə fərdi evdə yanğın oldu - Xəsarət alan olmayıb

Hazırda oxunan: Tərtərdə fərdi evdə yanğın oldu - Xəsarət alan olmayıb

169404

Tərtərdə vətəndaşa məxsus fərdi evdə yanğın olub.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Şıxarx qəsəbəsində qeydə alınıb.

Belə ki, Laçın rayonundan məcburi köçkün olan və Şıxarx qəsəbəsində məskunlaşan Muradov Yaşar Qoca ogluna məxsus 4 otaqlı ev yanıb.

Hadisə yerinə Tərtər yanğından mühafizə hissəsinin yanğınsöndürmə briqadası cəlb edilib. Yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı ev əşyalarının az bir hissəsi çıxarılıb.Qeyd edək ki, ailə üzvləri yanğın zamanı evdə olublar. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının odun peçindən qopan qığılcımdan baş verdiyi deyilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO