Oğlunun yoxluğuna dözə bilməyən ata intihar etdi

Oğlunun yoxluğuna dözə bilməyən ata intihar etdi

Hazırda oxunan: Oğlunun yoxluğuna dözə bilməyən ata intihar etdi

16919

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə mərkəzinin Kür çayının Sabirabad rayonu, Cavad kəndi ərazisinə keçən hissəsində bir nəfərin batması barəsində məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, həmin şəxsin batdığı yerdə axtarışlar aparan FHN-nin kiçik həcmli gəmilərə nəzarət və Sularda Xilasetmə Dövtlət Xidmətinin dalğıc axtarış qrupları axtarışlara cəlb olunub.

Saat 16:30-da həmin şəxsin meyidi batdığı yerdən 10 metr kənarda, sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının suda batan şəxsin Əsədli kənd sakini 1950-ci il təvəllüdlü Abbasov İsfəndiyar Əli oğlunu müəyyən edib.

O intihar etməzdən əvvəl məktub yazıb.

Həmin məktubda bildirib ki, bir il əvvəl itkin düşən Ziya Abbasovun yoxluğuna dözə bilmədiyi üçün bu addımı atıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO