Quba-Xınalıq yolu buz bağladı – FOTO  

Quba-Xınalıq yolu buz bağladı – FOTO  

Hazırda oxunan: Quba-Xınalıq yolu buz bağladı – FOTO  

169018

Quba-Xınalıq yolunun 34-cü km-dən 38-ci km-dək olan məsafə bu gün səhər saatlarından buz bağlayıb. Gecə saatlarından müşahidə edilən güclü duman və 5 dərəcəyə yaxın şaxta yolun hərəkət qatının buzlaşmasına səbəb olub. 

Bu barədə Bizim.Media-ya Quba 5 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov məlumat verib. 

O bildirib ki, dərhal yolun buzdan təmizlənməsinə başlanılıb, yollara duz qarışıq qum tökülüb.
Hazırda yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün yaranan çətinlik aradan qaldırılıb. 




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO