SON DƏQİQƏ: Bakının mərkəzində YANĞIN - 41 uşaq təxliyə edildi - YENİLƏNİB/VİDEO

SON DƏQİQƏ: Bakının mərkəzində YANĞIN - 41 uşaq təxliyə edildi - YENİLƏNİB/VİDEO

Hazırda oxunan: SON DƏQİQƏ: Bakının mərkəzində YANĞIN - 41 uşaq təxliyə edildi - YENİLƏNİB/VİDEO

168655

Bakı şəhərinin Nəsimi rayonu, 28 May küçəsində yanğın baş verib. 

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. 

Hazırda bəzi tüstülənmə ocaqlarının tam söndürülməsi istiqamətində tədbirlər görülür. 

Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən uşaq bağçasından 41 uşaq yanğınsöndürənlər tərəfindən təxliyə edilib. 

*** 14:26

Bakının mərkəzində yaşayış binasında yanğın qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, yanğın 28 May küçəsində yerləşən yaşayış binasının mənzilində baş verib. 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilib. 

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO