Qusar qəzasında xəsarət alanların adları AÇIQLANDI

Qusar qəzasında xəsarət alanların adları AÇIQLANDI

Hazırda oxunan: Qusar qəzasında xəsarət alanların adları AÇIQLANDI

168534

Qusarın Avaran kəndi ərazisində dərəyə aşan mikroavtobusda yaralanan sərnişinlərin adları müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Qusardan Xürel kəndinə gedən sərnişin avtobusunda qəza zamanı 15 nəfər olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Qusarda mikroavtobus dərəyə AŞDI - Xəsarət alanlar var - YENİLƏNİB


Onlardan 6 nəfər - Mikayılova Liana Nəriman qızı, Bədəlova Lamunat Misənnif qızı, Şıxzadayeva Milyanə Vəzirxan qızı, Əmiraslanov Ruslan Əmiraslan oğlu, Beydiyeva Aksana Mövlud qızı və Cavadova Aysel Mayis qızı xəsarət alıb. 

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəzaya uğrayan 38 BC 630 dövlət nömrə nişanlı, “Mercedes” markalı mikroavtobusun sürücüsü Qusarın Xürel kənd sakini Natiq İlyasovdur. Sürücü bildirib ki, qatı duman səbəbindən sərt döngədə idarəetməni itirib. 

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO