Azərbaycana COVAX platforması çərçivəsində yeni növ koronavirusa (COVİD-19) qarşı vaksin göndərilib.
Vaksin yüklü təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan 432 000 doza “AztraZeneca” vaksini alır
Qeyd edək ki, GAVI (Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansı) təşkilatının Kommunikasiya üzrə baş meneceri Rozi Qrivs martın 30-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevlə onlayn formatda görüşdə bildirib ki, ilkin mərhələdə Koreyadan “AstraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi Azərbaycana göndəriləcək.
Eləcə də, 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq.
Ümumilikdə “AstraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin may ayının sonuna qədər Azərbaycan Respublikasına idxalı nəzərdə tutulub.(APA)
Bizim.Media