İnsanlara verilən ad valideynlərin, doğmaların seçimidir. Adlar uşaqlardan çox valideynlərin düşüncələrini əks etdirir. Körpələrə həmişə münasib, zamana uyğun adlar qoyulmur. Fərqli və heç bir məna ifadə etməyən adlar cəmiyyət tərəfindən birmənalı qarşılanmır, uşaq böyüdükcə müzakirə mənbəyinə çevrilən adından utanmağa başlayır.
Lakin bunun çarəsi var. Belə ki, insanların öz adlarını seçmək imkanları olmasa da, qanun sonradan bu “xəta”nı düzəltməyə onlara imkan verir.
Bəs Azərbaycanda insan hansı yaşdan sonra öz adından imtina edə və onu dəyişdirə bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Səməd Vəkilovun sözlərinə görə, vətəndaşlar 18 yaşa qədər valideynlərin razılığı olmadan onlara qoyulan adla davam etmək məcburiyyətindədilər:
“18 yaşına çatan hər bir şəxs adını dəyişdirə bilər, 18 yaşına qədər olan şəxsin adının dəyişdirilməsi üçün valideynlərin razılığı lazımdır. Şəxs 18 yaşdan sonra artıq tam fəaliyyət qabiliyyətində olduğuna görə, qanun buna imkan verir. Bunun üçün mütləq hər iki valideynin razılığı lazımdır”.
Hüquqşünas nikah pozulduqda da qaydanın dəyişmədiyini, lakin fərqli məqamların olduğunu izah edib:
“Nikah pozulduqda belə hər iki valideyn buna razılıq verməlidir. Çünki bu yaşa qədər şəxsin səlahiyyətlərini valideynləri daşıyır. Yalnız valideyn hüququndan məhrum edilmiş şəxsin razılığı lazım olmaya bilər. Valideyn hüququndan məhrum olunmayıbsa, onun razılığı lazımdır”.
O, valideyn istəyi ilə 18 yaşına çatmayan şəxsin adının dəyişdirilməsində uşağın razılığının vacib olduğunu deyib:
“Uşaq 18 yaşına çatmasa belə ad seçimində uşağın rəyi nəzərə alınmalıdır. Yəni uşağa xoşlamadığı adı qoymaq qanuna ziddir. Çünki 10 yaşından sonra şəxsin fikri soruşulmalıdır. “Ailə Məcəlləsi”nə görə 10 yaşından sonra valideynlərin nikahı pozulanda ona bildirib, fikrini öyrənirlər. Elə həmin qanunun fəlsəfəsindən çıxış edərək deyə bilərik ki, uşağın 10 yaşından sonra fikri mütləq öyrənilməlidir”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:30 / 30.11.2023
Kim adından UTANIR? – Hüquqşünas bu “xəta”nı düzəltməyin yollarını SADALADI
Hazırda oxunan: Kim adından UTANIR? – Hüquqşünas bu “xəta”nı düzəltməyin yollarını SADALADI
Hazırda oxunan: Kim adından UTANIR? – Hüquqşünas bu “xəta”nı düzəltməyin yollarını SADALADI
166818
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.