Noyabrın 27-si saat 18:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib, Naxçıvan, Gəncə, Ceyrançöl, Şəki, Oğuz, Zaqatala, Balakəndə yağış, Şahdağ, Qusar, Xınalıqda qar yağıb.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, şimal-qərb küləyi arabir Zaqatala rayonunun dağlıq ərazilərində (Əlibəy) 40 m/s, Gəncədə 35 m/s, Naftalanda 32 m/s, Tovuzda 26 m/s, Ağstafada 25 m/s, Tərtər, Salyanda 23 m/s, Neftçala, Balakən, Şəmkirdə 20 m/s, Yardımlı, Kəlvəz, Şirvan, Bərdə, Mingəçevir, Cocuqmərcanlıda 18 m/s, Culfa, Sabirabadda 17 m/s, Ağdam, Naxçıvan, Ceyrançöl, Biləsuvar, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında 28 m/s-dək güclənib.
Neft Daşlarının məlumatına əsasən, dalğanın hündürlüyü 4 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 13-16 dərəcə, Naxçıvan MR-da 15-20 dərəcə, dağlıq rayonlarda 14 dərəcəyədək, Aran rayonlarında 17-23 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0 dərəcəyədək olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:53 / 27.11.2023
Faktiki HAVA: Külək güclənib, bəzi ərazilərə yağış və qar yağıb
Hazırda oxunan: Faktiki HAVA: Külək güclənib, bəzi ərazilərə yağış və qar yağıb
Hazırda oxunan: Faktiki HAVA: Külək güclənib, bəzi ərazilərə yağış və qar yağıb
166380
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.