Həbs edilən “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradovun cinayət işi üzrə onun müavini istintaqa çağırılıb.
Bizim.Media-nın məlumatına görə, istintaq tədbirləri üzrə “Azərxalça” ASC-nin İdarə Heyətinin sədr müavini İslam Səfər oğlu Qurbanov dindirilib və izahatı alınıb.
O, Vidadi Muradovun adıçəkilən quruma rəhbərlik etdiyi dönəmdə Təsərrüfat və sənədlər şöbəsinin fəaliyyətinə rəhbərlik edib.
Qeyd edək ki, sözügedən sədr müavini Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin sabiq rəisi Səfər Qurbanovun oğludur. (Yeni Müsavat)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:51 / 02.04.2021
Azərbaycanda yüksək vəzifəli şəxs istintaqa çağırıldı
Hazırda oxunan: Azərbaycanda yüksək vəzifəli şəxs istintaqa çağırıldı
Hazırda oxunan: Azərbaycanda yüksək vəzifəli şəxs istintaqa çağırıldı
16608
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.