Azərbaycanda ilk dəfə Kəlbəcər Şəhəri Günüdür

Azərbaycanda ilk dəfə Kəlbəcər Şəhəri Günüdür

Hazırda oxunan: Azərbaycanda ilk dəfə Kəlbəcər Şəhəri Günüdür

166015

Bu gün - noyabrın 25-i Azərbaycanda ilk dəfə Kəlbəcər Şəhəri Günüdür.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

Bununla yanaşı, rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən üç il ötür. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istəyib. Odur ki, bu müddət noyabrın 25-dək uzadılıb.
Hazırda Kəlbəcərdə bərpa-yenidənqurma işləri aparılır.

Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla 44 gün ərzində bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. Vətən müharibəsi Ordumuzun qələbəsi ilə başa çatıb, işğal altında olan ərazilərimizdə üçrəngli bayrağımız ucaldılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO