Sərhəd görüşü harda olacaq? - 8 kənd tələbi gündəmdədir

Sərhəd görüşü harda olacaq? - 8 kənd tələbi gündəmdədir

Hazırda oxunan: Sərhəd görüşü harda olacaq? - 8 kənd tələbi gündəmdədir

165788

Artıq Ermənistan XİN də təsdiqləyib. Azərbaycan və Ermənistan nümayəndələri sərhədin delimitasiyası ilə bağlı sərhəddə görüş keçirəcək.

Bizim.Media xəbər verir ki, görüşün 30 noyabrda baş tutacağı bildirilsə də, sərhədin məhz hansı hissəsində olacağı haqda heç bir məlumat yoxdur.

Təfərrüat açıqlanmayıb, ancaq əsas müzakirənin anklavlar məsələsi olacağı gözlənilir. Belə ki, Ermənistan Baş naziri Nikol Paşinyan hələ bir müddət öncə anklavlar məsələsinin sülh danışıqlarına salınmasının tərəfdarı olmadığını, bunu delimitasiya komissiyalarının müzakirə edəcəyini bildirmişdi. Azərbaycan tərəfi isə Qazaxın 7, Naxçıvanın bir kəndinin qaytarılması tələbini bütün qapalı danışıqlarda qaldırır.

Ermənistanın dəfələrlə təsdiqlədiyi “Azərbaycanın 86,6 min kv.km ərazisi”nə anklavlar da daxildir. Ermənistan hakimiyyəti anklavların müzakirə mövzusu olduğunu bildirsə də, prosesdən mümkün qədər yayınmağa çalışır və bu məqsədlə də “müxtəlif variantlar” təklif edir. Bunlardan biri də Başkəndlə Azərbaycan eksklavlarını “dəyişdirmək”dir.
Erməni ekspertlər də buna çalışır və anklavlar mövzusunun ciddi məsələ olmasından narahatlıqlarını bildirirlər. Çünki Azərbaycanın eksklavları Ermənistanın Gürcüstan və İrana olan əsas yollarının üzərində yerləşir və həddən artıq strateji kəndlərdir. Üstəlik, Qazaxın kəndləri həmçinin Qazax-Karvansara (İcevan) dəmiryol xəttinin üstündədir. Bu kəndlər qaytarılacağı halda Ermənistanın strateji yolları Azərbaycanın nəzarətinə keçəcək.

Daha bir məsələ isə Azərbaycanın eksklavlarının Ermənistanda anklava çevrilməsinə səbəb olan torpaq bağışlanması barədə məlumatdır. Belə ki, o istiqamətdə 3 min hektarlıq torpaq sahəsinin 80-ci illərin sonunda Ermənistana “icarəyə” verilməsi ilə bağlı informasiya yayılmışdı.

Beləliklə, sərhəd delimitasiyasının hansı xəritələrlə əsas götürüləcəyi bu baxımdan çox önəmlidir. Yəni kəndlərimiz ümumiyyətlə anklavlıqdan çıxa bilər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO