Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğınla mübarizə tədbirləri davam etdirilir.
FHN Mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub.
Əlavə məlumat veriləcək.
Bizim.Media