Dinlərarası münasibətlərin perspektivləri dünya üçün nələr vəd edir?- II Hissə

Dinlərarası münasibətlərin perspektivləri dünya üçün nələr vəd edir?- II Hissə

Hazırda oxunan: Dinlərarası münasibətlərin perspektivləri dünya üçün nələr vəd edir?- II Hissə

165590



Moderator.az AMEA Fəlsəfə İnstitutunun Dinşünaslıq və mədəniyyətin fəlsəfi
problemləri şöbəsinin elmi işçisi, fəlsəfə doktoru Şölət Zeynalovun yazısını təqdim edir:xa0


1989-cu ildə beynəlxalq fəlsəfi konfransda müasir dövrün bir sıra filosofları yekun olaraq belə bir qənaətə gəlmişdilər ki, Qərb və Şərq dəyərlərini sintez etmək üçün elə bir mədəni-neytral əsas tapa bilmədiklərinə görə onlar bir-birinə uyğun deyildirlər. Bu konfransdakı çıxışlarda Çin fəlsəfəsinin və dilinin, o cümlədən bütövlükdə Şərqin “unikallığı”x9d vurğulanmaqla yanaşı hətta bu “unikallığa”x9d görə Asiyanın Qərb (yunan) irsindən total şəkildə fərqli olduğu dəfələrlə diqqətə çatdırılmışdır.xa0

Burada tədqiqatçılar çıxışlarında göstərmişlər ki, Çin fəlsəfəsində yunan fəlsəfəsində olan “varlıq”x9d anlayışı, subyekt-obyekt dualizmi və s. yoxdur. Hətta ayrı-ayrı sivilizasiyalarda Tanrı, Dao, Brəhmən, Ruh kimi transendent anlayışların izahı və ifadə edilmələrinin özünün belə müxtəlif tarixi və sosial-psixoloji faktorlarla əlaqəli olduğu əsaslandırılmışdır.xa0

Düzdür, bu konfransda Qərbin fəlsəfi problemləri və əlahiddəliyi əslində təkcə müsəlman Şərqi ilə deyil, Asiyanın geniş hüdudları ilə, hind fəlsəfəsi, xüsusən də Çin dilindəki terminlərin unikallığı və onların fəlsəfi özəllikləri ilə müqayisə edildiyindən Qərb konsepsiyalarının onlardan fərqli olduqlarını vurğulamaqla sona çatsa da, bu dialoqların dünya üçün əhəmiyyəti məhz “dialoqa cəhd”x9d platforması kontekstində xüsusi önəm daşımaqdadır. Yaxud başqa formada desək, hətta fəlsəfi və mədəni özəlliklərin unikallığı “təkrarolunmazlığı”x9d istər Şərq, istərsə Qərb üçün müasir dövrdə sivilizasiyalararası, mədəniyyətlərarası və o cümlədən dinlərarası münasibətləri qətiyyən inkar etməyə əsaslar verə bilmədiyindən bu münasibətlərin perspektivdə daha da iç-içə gəlməsini, bir-birini tamamlamasını, qarşılıqlı mübadiləsini tələb etməkdədir.

Qeyd edək ki, hər hansı coğrafi, siyasi, ideoloji və hətta fəlsəfi bölgülərə baxmayaraq, müasir dövrün problemlərinin analizi bizə belə bir fikri təlqin edir: dinlərarası münasibətlər nə bir dinin digərinə qarşı təzyiqi ruhunda baş tutmalı, nə də ki, həyata keçirilməlidir. İnkar yalnız bəlkə də, o halda mümkün ola bilər ki, hər hansı təsisat öz məzmununa söykənərək dialektik inkarın mümkünlüyünü dini-fəlsəfi kontekstdən başqalarının başa düşə biləcəyi formada izah edərək əsaslandıra bilsin. Bu proseslər isə, həqiqətən də, son dərəcə mürəkkəb və dərin bir problem, hətta bəzilərinə görə əbədi “həllolunmaz”x9d xarakterli problem hesab edildiyindən, fikrimcə, ortaq bir məxrəc, sekulyar yaşam, paralel mövcudluq və müharibəsiz dünya naminə dialoq, tolerantlıq və multikulturalizm anlayışı bir paradiqma kimi, həm dinlərin və təriqətlərin öz daxillərində, həm də din-dövlət münasibətlərində istənilən modelin ən fundamental aktoru kimi çıxış etməlidir (Azərbaycan multikulturalizmində olduğu kimi). Çünki müasir qlobal təhlükələr və təhdidlər bütövlükdə dinlərarası dialoqların həm müxtəlif sivilizasiyasiyalar arasında, həm də istənilən ölkənin daxilindəki böhran şəraitində vacibliyini qaçılmaz şərt və hadisə kimi aktual etməkdədir.

Qeyd olunmalı vacib məqamlardan biri də odur ki, hazırda qloballaşan epoxada ən aktual hadisələrindən olan “dinlərin qlobal dirçəlişinin”x9d baş verdiyi şəraitdə sivilizasiyaların müxtəlifliyinin, bəşəriyyətin eyni bir monotonluqdan ibarət olmadığının, müxtəlifliyin əslində ilahi bir zərurət olduğunun dünyada təqdim, təbliğ və təlqin edilməsi çox vacib şərtdir. Başqa sözlə, müxtəlif təsisatlar tərəfindən necə qiymətləndirilməsindən asılı olmayaraq, dözümlülük, tolerantlıq və bir sıra humanizm anlayışlarının ümumi olaraq dini dialoqların baş tutması üçün vacib aktor kimi, müxtəlif mədəniyyətlərin ortaq dəyərlər naminə bir masa ətrafında iştirakına ilkin möhkəm zəmin yaradan bir postulat olduğu artıq heç kimdə şübhə doğurmamalıdır. Başqa sözlə tolerantlıq və dözümlülük “universiumun”x9d ən əsas tərkibi kimi həssas şəkildə olsa belə, istənilən dinlərin daxili aktorları timsalında bu və ya digər şəkildə həmişə, tarixən olduğu kimi, orada vardır. Ona görə də nüvə təhlükəsinin, aclıq və qarşıdurmaların ümumdünya iqtisadi və siyasi böhranların bütünlüklə bəşəriyyəti təhdid etdiyi bir şəraitdə dinlərarası dialoqlar zamanın ən aktual və vacib suallarından biri hesab edilməlidir. Qeyd edək ki, dinlər tarixin bütün dönəmlərində müəyyən ziddiyyətlərə baxmayaraq, son anda həmişə öz məzmunlarından çıxış edərək tolerantlıq, dözümlülük, humanizm, sülh və vəhdət amillərinə hörmətlə yanaşmışlar. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, “tolerantlıq, dözümlülük çox geniş anlayışlardır. O, həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir... O, təkcə dinlərin bir-birinə dözümlülüyünü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir”x9d.

Həmçinin qeyd etməliyik ki, hazırda dünyada dinlərarası dialoqların aparılmasında ideal, dəqiq, səhvsiz və qüsursuz bir həll sxemi mövcud olmadığından bu dialoqun həyata keçirilməsi bütövlükdə bəzən çətinliklərlə, müəyyən təpkilərlə qarşılansa da, hər halda müasir zəkanın bu istiqamətdəki cəhdləri təqdirəlayiq hadisələrdən hesab edilməlidir. Dinlərarası dialoqlar zamanı müxtəlif sivilizasiyalara aid dünya dinlərinin qarşılıqlı olaraq öyrənilməsi dünyada mövcud olan dini, mədəni, milli müxtəlifliyin başa düşülməsinə gətirib çıxarır, bu da dinlərarası dialoqların daha geniş aspektdə dərk edilərək qəbul edilməsini şərtləndirir. Başqa sözlə, bütövlükdə dialoq, o cümlədən dinlərarası dialoqlar, məntiqi zərurət kimi, dünyanı universal bir vəhdətə aparan yolda müasir terrorizmdən və qarşıdurmalardan “sarsılmış epoxa”x9d üçün bir resept rolunu oynaya bilər. Paralel olaraq, biz bir həqiqəti də dərk edirik ki, “dialoq zərurəti bərabərsizliyin, yaxud rəqabətin məkrini ləğv etmir”x9d və yaxud dialoq onu tamamilə aradan qaldırmaq imkanını özündə ehtiva edən möcüzəli bir eliksir də deyildir. Ancaq bütün bununla yanaşı, bir daha onu xüsusilə vurğulamaq yerinə düşərdi ki, dünyanın ən “unikal”x9d, ən “ekzotik”x9d, ən “təkrarsız”x9d mədəniyyətinin, müstəsna dininin, fəlsəfəsinin və hətta dünyagörüşlərinin özəlliklərinə baxmayaraq, onların öyrənilməsi və qarşılıqlı mübadiləsinin əndişəsiz və asan yolu sağlam mübadilələrə açıq olmaqda, münasibətlərdə sağlam təfəkkürə apelyasiyada, tolerantlıq, humanizm və multikulturalizm perspektivinə doğru istiqamətlənmiş münasibətlərdədir. Bunsuz dünyanın perspektivlərini düşünmək çox qorxuludur.

Əlbəttə, bütövlükdə dini dünyagörüşdə dialoq və əməkdaşlıq məsələləri bir çox hallarda təəssüf ki, mürəkkəb, bəzən də ziddiyyətli proses hesab edilir. Bu anlamda müasir qloballaşan dünyada dialoqların normal təşkili və inkişafı üçün aşağıdakıları nəzərə almaq məqsədəuyğundur:

1) Dinlərarası dialoq və əməkdaşlıq sivilizasiyalararası dialoq və əməkdaşlığın mühüm tərkib hissəsi kimi daima nəzəri fikrin diqqət mərkəzində olmalıdır.

2) Bu problematika tarixi varislik hüququndan bəhrələnsə də onu müasirliyin ən həssas problemi kimi daima fəlsəfi və dini-fəlsəfi aspektdən tədqiqata cəlb etmək vacib şərtdir;

3) Dini dünyagörüşdə dialoq və əməkdaşlıq məsələsi təkcə dinlərarası problem olmayıb, həmçinin tarixi inkişaf prosesində və perspektivdə hər bir dini sistemdaxili münaqişə və fikir ayrılığını aradan qaldırmaq üçün başlıca şərtdir;

4) Dini dünyagörüşləri daxilindəki ifrat təəssübkeşlik və fanatizm hallarını aradan qaldırmaq, həmçinin bir din mənsublarının başqa din mənsubları ilə dialoq və əməkdaşlıq mühitini təmin etmək üçün dözümlülük, tolerantlıq və multikulturalizm platforması başlıca şərtdir;

5) Dinlərarası dialoq və əməkdaşlıq sekulyar əsaslarla dünyada vəhdət, humanizm, ümumbəşəri mənəvi birliyə dəvət səciyyəsi daşımalıdır.

Son olaraq qeyd edək ki, müxtəlif aspektlərdə dünyada baş tutan dialoqların mahiyyətinə uyğun olaraq, dinlər arasında həyata keçirilən dialoqlar mütərəqqi bir qurucu proses kimi, birinin digərinə etimadına, başqasının dininin, əslində, özününkünün məzmunca oxşarı, formaca fərqli olan zəruri alternativi kimi qəbul və dərk edilməsinə gətirib çıxara bilər. Bu isə nəticə etibarilə tarixən sivilizasiyalar, millətlər və xalqlar arasında arzulanan, lakin bəzən spekulyativ səbəblərdən, yaxud tarixi şəraitdən asılı olaraq ziqzaqlara, təbəddülatlara uğradılan dialoqların həyata keçirilməsinin məntiqi davamı olaraq sülhə və əməkdaşlığa töhfə kimi qiymətləndirilməlidir. Yaxud perspektivdə ümid edilən “Omeqa nöqtəsinin”x9d böyük fəthi dialoq və əməkdaşlıqdan keçir. Bunsuz dünyanın gələcəyini təsəvvür etmək yanlışlıqdır. Başqa sözlə, alman filosofu İ.Kantın “fəlsəfə necə mümkün ola bilər”x9d? tezisini biz dəyişərək, müasir dünyanın gələcək taleyi dialoqsuz və multikulturalizmdən kənar necə ola bilər”x9d formasında nəzəri cəhətdən konstruksiya etsək, dünyanın gələcəyi dialoq və mültikulturalizm perspektivindən kənarda cox təhlükəli və dərkedilməzdir.xa0



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO