Bir neçə gündür erməni mediası Hadrut ərazisində olan kilsənin dağıdılması ilə bağlı hay-küy salıblar. “Surb Sarğis” kilsəsi kimi qələmə verilən qədim Alban kilsəsini erməniləşdirməyə cəhd edirlər.
Bəs, sözügedən kilsə ilə bağlı tarixi reallıq nədir?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı tarixçi alim Zaur Əliyev araşdırma aparıb. O qeyd edib ki, bu kilsənin memarlıq üslubu və tikilməsinin ermənilərlə heç bir əlaqəsi yoxdur:
“Olsa idi, 30 illik işğal dövründə kilsədə bir restavrasiya işi aparardılar, təmir edərdilər. Ən azından orda bir yazı lövhəsi qoyardılar ki, bu erməni kilsəsidir və tarixi budur, üzərində naxışlar "erməni memarlığı”na aiddir. Etməyiblər.
MÖVZU İLƏ BAĞLI:
Fransanın məkrli Rusiya PLANI: “Ermənistanı aldadıb...”
Eyni zamanda kilsə qanunlarına görə onun ətrafında heç bir tikili ola bilməz. Ancaq 30 il ərzində ermənilər divarın yan tərəfindən təsərrüfat tikilisi əlavə ediblər ki, bu da dini ibadət yerinə və tarixi abidələrə münasibətdə qəbul olunmaz.dır Həmçinin 30 illik işğal dövründə bir dini ayin belə bu kilsədə icra edilməyib. Əvəzində içərisində anormal şəkillər çəkib, yazılar yazıblar.
Bu kilsə Alban xristian tarixinin əsəridir
“Hadrut qəsəbəsində X-XII əsrlərə aid kilsələr var. Burada ən böyük kilsə Çinarlı kəndindəki "Ağ xaç" kilsəsidir. Müqəddəs Məryəm ana və Hünərli kəndindəki kilsələrinin böyük hissəsi saxtalaşdırılıb. Hətta burada erməni katolik kilsəsi təsirini görürük. Çünki buradakı oturacaqlarda ortodoks kilsəsinə xas olmayan elementlər var. Həmçinin erməni qriqorian kilsəsinin simvolları var.
Əgər ermənilər bunu Qriqoryan kilsəsi hesab edirlərsə onlara aid olmayan elementlər və simvollar orda nə gəzir?
Ermənilər bu kilsələrin üzərində nə qədər dəyişiklik və saxtalaşdırma etsələr də, alban kilsəsinə aid simvol və elementlər qalıb. Qarabağ və Zəngəzur ərazilərində əslində demək olar ki, hər kənddə belə qədim kilsə və monastrlar mövcud olub. Otuz ilə yaxın işğal dövründə xristian albanlara məxsus dini abidələrin əksəriyyətinin ilkin arxitekturasına xeyli dəyişikliklər edilib, tikililər üzərində olan və tarixi sübut kimi qiymətləndirilən memarlıq elementləri və epiqrafik nümunələr dağıdılıb.
Ermənilərin iddia etdikləri, guya erməni kiləsi olan bu qədim Alban məbədi Xocavəndin Susanlıq kəndində yerləşir. Bu kəndin əhalisinin əksəriyyətini Çar Rusiyası və SSRİ dönəmində Cənubi Azərbaycandan bura köçmüş Zuzanlı tayfası təşkil edib. Sonradan kənd Susanlıq adını alıb.
Burada iki qədim Alban kilsəsi olub. Birincisi Yeddi Qapı Monastrı adlanır. Monastır kompleksi üç böyük və bir neçə kiçik tikilidən ibarət olub ki, onlardan da dövrümüzə əsas kilsə binası qismən yaxşı vəziyyətdə gəlib çatıb.
Elmi ədəbiyyatda həm də Möhrənis kilsəsi (Susanlıq kəndinin keçmiş adına uyğun olaraq) kimi tanınan bu kilsə qeyri-adi memarlıq quruluşu ilə digər mərkəzi günbəzli alban məbədlərindən fərqlənir.
Azərbaycan Xalq əfsanələrinə görə bu kilsə döyüşdə öldürülən 7 qardaşın xatirəsinə tək bacıları tərəfindən yaradılıb. Memarlıq quruluşuna baxanda, kilsənin yeddi apsidası ilə əlaqəli olması xalq əfsanəsinin doğru olduğuna inanmağa imkan verir.
Lakin ermənilərin iddia etdikləri kilsə ərazidə olan ikinci Alban kilsəsidir. Ermənilər saxtakarlıq edərək hər iki kilsəyə qədimliyi sübut olunmayan iki xaçdaş əlavə ediblər. Bu xaçdaşlara baxan kimi onun materialı və yazı üslubundan məlum olur ki, onların nə X, nə V, nə də XII əsrlərə aidiyyatı var. Hər iki kilsəyə saxta daşları qoyublar və iddia edirlər ki, guya bura ermənilərə məxsusdur”.
Bəs, bu kilsə nə zaman tikilib?
Bu abidə eramızın 570-ci ilinə aiddir. Memarlıq sırf alban kilsə üslubuna aiddir. Alban memarlığında tetrakoxun iki fərqli formada dairəvi məbəd şəklində tətbiqi, dörd yarpaqlı planın sadə formalarda olması məlumdur. Bu cür memarlıq üslubu həmçinin Ləkit Monastrında da özünü göstərir.
Kilsənin inşaat texnikası əksər alban kilsələrinin inşaat texnikasına uyğun olaraq kobud daş və əhəng məhlulu hörgüsünə əsaslanır. Kilsə qərb tərəfdə yerləşən bir girişi var. Erməni kilsələrində isə daima iki giriş və bir əlavə gizli çıxış olub.
Dəyərli tədqiqatçı Faiq İsmayılov orda araşdırma aparıb və məlum olub ki, abidənin arxa, sağ tərəf və qarşı divarlarına, abidənin landşaftına ciddi müdaxilələr edilib, abidənin mühafizə sahəsi ermənilər tərəfindən tamamilə məhv edilib.
Bununla yanaşı, abidənin giriş qapısının tağı, abidənin daxilindəki tağın mərkəzi hissəsi üzərində erməni və rus dillərində adlar, müxtəlif rəqəmlər və nalayiq ifadələr yazılıb. Cənub divar sökülərək oradan pəncərə açılıb.
Bu da onu göstərir ki, Susanlıq kəndindəki bu abidənin heç vaxt ermənilərə aidiyyəti olmayıb və abidə ermənilər tərəfindən hətta son 30 ildə ibadət yeri, yəni kilsə kimi istifadə edilməyib. Bu da onu göstərir ki, Ermənistan tərəfindən yayılan məlumat dezinformasiya xarakterlidir, yalandır.
Udi Xristian dini icmasının sədri Robert Mobilli də “Bakı Xəbər” qəzetinə müsahibəsində qeyd edib ki, ermənilər dağıtdıqları alban məbədlərinin məsuliyyətini Azərbaycanın üzərinə yıxmaq istəyirlər:
“Məqsəd şərləməkdir. Yaxud Ağoğlanda xaçqarları qırıb aparıblar, amma “Azərbaycan edib” deyirlər. Onlar öz cinayətlərinin izlərini silmək üçün bunu ediblər".
Bəs, niyə ermənilər Alban kilsələrinin simvol və elementlərini məhv edirlər?
Alban dövrü memarlıq abidələrinin daş və divar rəsmlərində və eləcə də süjet xarakterli oymalarda daha çox türkdilli xalqlara məxsus elementlərdən istifadə edilməsi, hazırkı dövrdə bu abidələrin ermənilər tərəfindən daha çox zərər görməsinə səbəb olur.
Birmənalı şəkildə ermənilər Cənubi Qafqazda tarix və mədəniyyət abidələri üzərində türk ornamentlərinin və simvollarının olmasını qəbul etmirlər. Çünki onlar alban dövrü abidələrinin üzərindəki ornament və simvolları olduğu kimi qəbul etsələr, onda bu abidələrin erməniləşdirilməsi mümkün olmazdı.
Birinci Qarabağ müharibəsi dövründə ermənilər qəsdən bu qədim Alban kilsələrini hədəfə alıb, top və raketlə dağıdıblar.
Sonra isə guya “Azərbaycan ordusu bunu edib”, - deyə erməni diasporuna müraciət edib, milyonlarla dollar pul alıb, böyük hissəsini mənimsəyib, əvəzində təmir adı ilə Alban memarlığında olan kilsələri erməniləşdirməyə cəhd ediblər. İstəklərinə müəyyən qədər nail olsalar da, kilsələrin tikiliş forması və onun quruluşunu dəyişmək ağıllarına gəlməyib.
Kilsələrə baxan kimi dərhal bilinir ki, abidə Günəşə ibadət edən albanlar tərəfindən, yəni hələ xristianlığın tam mənimsənilmədiyi və səma cismlərinə ibadətlə qarışdırıldığı dövrlərdə tikilib. Qapı və pəncərələri Günəş doğan tərəfə tikilib.Erməni kilsələrinin isə əsas qapısı və pəncərələri elə tikilir ki, ora Günəş şüası düşməsin. Çünki onlar işığa yox, zülmətə xidmət ediblər.
Çox az adam bilir ki, ermənilər öz kilsələrində şeytana ibadət məqsədilə insan qurbanları kəsiblər. Buna görə də qapı pəncərələri qaranlıq olan tərəfə tikiblər ki, onları görən olmasın.
Alban memarlıq üslubunun bütün ornamentlərində isə atəşpərəstliyin təzahürləri, göy cismlərinə ibadətin motivləri öz əksini tapır. Bu cəhət erkən xristianlıq dövrü alban xaçlarında da özünü göstərir.
Birbaşa ermənilər "Münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" 1954-cü il tarixli Haaqa Konvensiyasının tələblərinin pozulması faktlarının bir-bir üzə çıxdığını bilirlər və Azərbaycan dövlətinin onlardan buna görə təzminat ala bilmək hüququna sahib olmasını görərək belə yalançı hay küy salıblar”.
Bizim.Media