“İnsanlar niyə elmlə məşğul olmur” sualı olduqca önəmli növzudur.
Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev Doktrantlar və Gənc Tədqiqatçıların XXVI Respublika Elmi Konfransında çıxışı zamanı bildirib:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın elmi-tədqiqat institutlarında YENİLİK
“Qısa müddətdə elmi nailiyyət əldə etmək o qədər də asan məsələ deyil. Elmin fərqli xüsusiyyəti ondan ibarətdir ki, alim səhər işə gedəndə demir ki, bu gün gedim nəyisə kəşf edim. Bu işdə daha çox bir sualın arxasınca getmək və mühüm nəticə əldə edə bilmək önəmlidir.
Elm sahəsindəki əsas problem ekosistemdir. “İnsanlar niyə elmlə məşğul olmur” sualı olduqca önəmli mövzudur.
Sosial-ictimai həyatda məhz elmi nailiyyət əsas məqamdır. Bizim ictimai işimiz rəy əsasında tənzimlənir. Müzakirə obyektimiz elmi nailiyyəti olan insanların fikir və mübadiləsi əsasında formalaşır və nəticədə qərar qəbul olunur” - deyə nazir bildirib.
Nuranə Daxilqızı, Bizim.Media