Bakıda həyat yoldaşını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Bakıda həyat yoldaşını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Hazırda oxunan: Bakıda həyat yoldaşını qətlə yetirən şəxsə HÖKM OXUNDU

164475

Bakıda həyat yoldaşınıı qətlə yetirməkdə ittiham olunan Zöhrab Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, təqsirləndirilən Zöhrab Quliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Bu il mayın 10-u saat 12 radələrində paytaxtın Sabunçu rayonunda yerləşən mənzillərdən birində 1983-cü il təvəllüdlü Sevinc Quliyevanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 1977-ci il təvəllüdlü Zöhrab Quliyevin arvadı Sevinc Quliyevaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir. Zöhrab Quliyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO