Bakı Şəhərində küçələrin dezinfeksiya olunmasının dayandırılma səbəbi AÇIQLANDI

Bakı Şəhərində küçələrin dezinfeksiya olunmasının dayandırılma səbəbi AÇIQLANDI

Hazırda oxunan: Bakı Şəhərində küçələrin dezinfeksiya olunmasının dayandırılma səbəbi AÇIQLANDI

16424

Tezliklə Bakı şəhərində küçələr dezinfeksiya olunacaq.

Bu barədə Bizim.Media-ya Bakı Şəhəri İcra Hakimiyyətinin mətbuat katibi Mətin Hüseynov məlumat verilib.

O, söyləyib ki,virus əleyhinə məhlulla Bakı şəhərinin iri küçə və prospektləri yaxın vaxtlarda yuyulacaq. 

“İri küçə və prospektlərin dezinfeksiya olunmasının dayandırılması yağıntılı hava şəraiti ilə əlaqədar oldu. Hava yağışlı olanda məhlulu harasa vurmaq effektli olmur.  

Lakin, bu müddət ərzində bloklar, liftlər, uşaq meydançaları dezinfeksiya olunması davam edir. Yenidən dezinfeskiya işlərinə başlanılacaq və barədə yaxın günlərdə  ictimaiyyətə məlumat açıqlayacağıq ki, həmin günü vətəndaşlar küçələrə çıxmasınlar”.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO