Ağdam rayonunda Türkiyə-Rusiya birgə monitorinq mərkəzində xidmət edən Türkiyə hərbçilərinin ölkədə qalma müddətinin daha bir il uzadılması planlaşdırılır.
Bizim.Media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandatının daha bir il uzadılması ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərib.
Qanun layihəsində Azərbaycan Ordusunun sentyabrın 19-20-də Qarabağ bölgəsində keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazidəki qeyri-qanuni rejimin tamamilə ləğv olunduğu, amma Azərbaycanla Ermənistan arasında hələ yekun sülh sazişinin imzalanmadığı qeyd olunub.
Qanun layihəsinin bu həftə TBMM-də müzakirə olunacağı gözlənilir.
Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib.
2021 və 2022-ci illərin noyabrında Türkiyənin Azərbaycandakı hərbçilərinin fəaliyyət müddəti bir il uzadılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:45 / 13.11.2023
Türkiyə hərbçilərinin daha bir il Azərbaycanda qalması planlaşdırılır
Hazırda oxunan: Türkiyə hərbçilərinin daha bir il Azərbaycanda qalması planlaşdırılır
Hazırda oxunan: Türkiyə hərbçilərinin daha bir il Azərbaycanda qalması planlaşdırılır
164193
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.