Bu gün məhkəmə iclasında Vaqif Xaçatryanın xəstəlikləri açıqlanıb.
Bizim.Media xəbər verir ki, Xaçatryanda ciddi aortal stenoz (qapaq darlığı), ürəyin işemik xəstəliyi, qeyri-stabil stenokardiya, xroniki ürək çatışmazlığı ikinci dərəcə, Hipertoniya II mərhələ, prediabet, qlükozaya qarşı tolerantlığın pozulması diaqnozlu xəstəliklər müəyyən edilib.
MÖVZU İLƏ BAĞLI:
Vaqif Xaçatryanın növbəti məhkəmə iclası BAŞLADI – VİDEO
Tibbi ekspertizanln nəticələrinə əsasən, Xaçatryanda hazırda mövcud olan ciddi aortal stenoz (qapaq darlığı) xəstəliyi 2-3 il ərzində ciddi ağırlaşmaya səbəb ola bilər.
Onun planlı qaydada 2-6 ay ərzində aortal qapağın protezləşdirilməsi cərrahi əməliyyatına ehtiyacı var.
Qeyd edək ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır. İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb. Xaçatryanın vəkili Radmina Abulovadır.
Nuranə Daxilqızı, Bizim.Media