Kəramətdən Anara SƏRT SÖZLƏR: “Çayxanada danışılanları da ona çatdırırlar”

Kəramətdən Anara SƏRT SÖZLƏR: “Çayxanada danışılanları da ona çatdırırlar”

Hazırda oxunan: Kəramətdən Anara SƏRT SÖZLƏR: “Çayxanada danışılanları da ona çatdırırlar”

163095

Xalq yazıçısı Anar “Künc-Bucaq” kanalının “Səkkizinci Gün” proqramına müsahibə verib. Yazıçı Kəramət Böyükçölün “Anar kimi yaşamağa nə var ki” fikrinə münasibət bildirən Xalq yazıçısı ömrünü Kəramət kimi yaşamadığına görə fəxr etdiyini bildirib: “Kəramət məni tənqid etməyi özünün ən böyük uğuru hesab edir”.

Bizim.Media-nın əməkdaşı Anarın haqqında səsləndirdiyi fikirlə bağlı Kəramət Böyükçölün düşüncələrini öyrənib.
 

MÖVZU İLƏ BAĞLI:

Kəramət Böyükçöllə Natiq Cəfərlidən bir-birilərinə AĞIR İTTİHAMLAR – Nə baş verir?


Kəramət Böyükçöl açıqlamasında bu fikirləri səsləndirib:

“Anarın ümumiyyətlə, dünyadan, müasir düşüncədən xəbəri yoxdur. Anar cism olaraq yaşayır, ruh olaraq çoxdan ölüb. Buna görə də asanlıqla məsxərə mövzusu ola bilir. 85 yaşlı bir xalq yazıçısı, AYB-nin sədri, Rəsul Rzanın oğlu görün, nə deyir? “Mən fəxr edirəm ki, Kəramət kimi yaşamamışam”. O, öz aləmində elə bilir ki, məni aşağılayır. Ancaq bu sözü ilə məni nə qədər böyütdüyünün fərqinə varmır. Buna görə deyirəm ki, o, müasir düşüncədən uzaq və geridə qalmış bir təfəkkür adamıdır. Nə danışdığını, nə dediyini özü də bilmir və faciəsini dərk etmir. 

Mən bu gün Orxan Pamuk haqqında ağzıma gələni desəm, o, bunu eşitməyəcək. Ancaq Anar haqqında çayxanada nəsə danışanda belə aparıb ona çatdırırlar. Niyə belədir?

Çünki Orxan Pamuk böyüyüb, Anar yox. Kimlərsə Anarı böyük yazıçı hesab edə bilər. Ancaq onu sərhəddən o tərəfə - türk dünyasına keçirəndə Anar olur ortabab yazıçı. Çünki orada Çingiz Aytmatov var. Bir az da dünyanın mərkəzinə doğru aparırsan, Anar olur həvəskar yazıçı. Anarı dala çəkirsən, böyüyür, qabağa çəkirsən, balacalaşır. 

Bir yazıçı niyə maddiyat, vəzifə düşkünü olsun? Çünki Anar üçün bu həyat imtiyazdan ibarətdir. Anarın efirdə ilk dəfə siqaret çəkməsini o vaxt guya onun azadlığı kimi təqdim edirlər. Ancaq o da azadlıq deyildi. Efirdə siqaret çəkmək də Anar üçün imtiyaz idi. “Baxın, ay camaat, mənə olar, ancaq mənə” demək istəyir”.

O, daha sonra sözlərinə belə davam edib: 

“Anar AYB-nin sədri olanda mən heç anadan olmamışdım. Anadan oldum, orta məktəbə getdim, universitetə daxil oldum, iki dəfə ailə qurdum, uşaqlarım oldu, bu gün-sabah övladlarım universitetə daxil olacaq, ancaq Anar hələ də AYB-nin sədridir. Deməli, bütün bu illər ərzində böyüyən mənəm, Anar yox”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO