Zakir Həsənov Çində müdafiə sənayesi şirkətlərinin rəhbərləri ilə görüşdü - FOTO

Zakir Həsənov Çində müdafiə sənayesi şirkətlərinin rəhbərləri ilə görüşdü - FOTO

Hazırda oxunan: Zakir Həsənov Çində müdafiə sənayesi şirkətlərinin rəhbərləri ilə görüşdü - FOTO

162122

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Çin Xalq Respublikasına işgüzar səfəri davam edir.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyini ziyarət edib. 

Burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi dərin ehtiramla yad edilib.
Sonra müdafiə naziri Çinin müdafiə sənayesi kompleksinə daxil olan bir neçə şirkət rəhbərləri ilə görüşüb.

Ölkəmizin Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynovun da iştirak etdiyi görüşlərdə birgə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO