Qəbələdə ağır QƏZA: Xəsarət alanlar var – FOTO  

Qəbələdə ağır QƏZA: Xəsarət alanlar var – FOTO  

Hazırda oxunan: Qəbələdə ağır QƏZA: Xəsarət alanlar var – FOTO  

161403

Qəbələdə sürət həddini aşan “Mercedes” markalı maşın yolun kənarından keçən qaz xəttinə çırpılıb. Tüntül kəndinə qazın verilişi dayandırılıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ağır yol-nəqliyyat hadisəsi rayonun Tüntül kəndi ərazisində baş verib. 

Belə ki, rayon sakini 25 yaşlı Dəyanət Həsənli idarə etdiyi "Mercedes" markalı avtomobildə idarəetməni itirərək qaz kəmərinə çırpıb. 

Qəza nəticəsində sürücü daxil olmaqla, avtomobildə olan sərnişinlər - rayon sakinləri 23 yaşlı Kamil Baloğlanov və 25 yaşlı Vüsal Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Hadisə şahidlərinin köməyi ilə yaralılar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Xəstəxanada yaralılar müayinədən keçirilib, müalicələr təyin edilib. Hazırda onların müalicəsi xəstəxanada davam etdirilir. 
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, baş verən qəza ilə bağlı rayon polis şöbəsində araşdırma başlanılıb.


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO