Bu il dünyasını dəyişmiş MƏŞHURLAR – SİYAHI 

Bu il dünyasını dəyişmiş MƏŞHURLAR – SİYAHI 

Hazırda oxunan: Bu il dünyasını dəyişmiş MƏŞHURLAR – SİYAHI 

161310

2023-cü il xalqımız üçün şad xəbərlərlə zəngin oldu. Bununla yanaşı, bir çox ictimai, mədəniyyət xadimlərimiz də 2023-cü ilin geridə qoyduğumuz 9 ayı ərzində dünyadan köçdülər. 

Bizim.Media olaraq həmin məşhurları bir daha xatırlayıb, adlarını ehtiramla yad edirik:
 

MÖVZU İLƏ BAĞLI:

Qənirə Paşayevanın vəsiyyəti yerinə yetirilmədi - SƏBƏBLƏR 


Tünzalə Əliyeva

Yanvarın 22-də sevilən aktrisa Tünzalə Əliyeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Tünzalə xanım cəmi 49 il yaşadı.

Ramiz Novruz

Bundan cəmi bir ay sonra daha bir dəyərli sənətkarımızı itirdik. Xalq artisti Ramiz Novruz fevralın 21-də müalicə aldığı xəstəxanada dünyasını dəyişdi. Mərhum uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. 

Hacı Şahin Həsənli

Mart ayı da itkisiz olmadı. Azərbaycanın tanınmış ilahiyyatçısı Hacı Şahin Həsənli 2023-cü il martın 2-də dünyasını dəyişdi. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi 48 yaşında infarktdan həyatını itirdi. 

Oqtay Əliyev

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev isə mart ayının 22-də yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişdi. O cəmi 55 il yaşadı.

Aftandil İsrafilov

2023-cü ilin aprel ayının 29-da Azərbaycanın tanınmış qarmon ifaçısı, Xalq artisti, "Şöhrət" ordenli Aftandil İsrafilovun ürəyi dayandı. Sevilən sənətkar son illərdə böyrək çatışmazlığından əziyyət çəkirdi.

Elxan Qasımov

May ayınını 29-da sevilən aktyor, “sürücü Əhməd” kimi tanıdığı Elxan Qasımov vəfat etdi. 78 yaşlı sənətçi səhhətində yaranan problem səbəbindən dünyasını dəyişib.

Madər Musayev

İyulun 14-də Milli Məclisin deputatı Madər Musayev qəflətən dünyasını dəyişdi. Sağlam həyat tərzi keçirən deyilən deputat 75 yaşında ürəktutmasından vəfat etdi.

Natəvan Babayeva

Azərbaycan teleməkanının tanınmış simalarından biri, uzun illər ANS və AzTV-də jurnalist və aparıcı kimi çalışmış Natəvan Babayeva iyulun 20-də dünyasını dəyişdi. 46 yaşlı xanım uzun illər xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Əsəd Əsədov

Azərbaycanın əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, kino sənətçisi Əsəd Əsədov 23 sentyabr 2023-cü ildə vəfat etdi. Tanınmış sənət adamı 76 yaşında dünyaya “əlvida” deyib.

Mübariz Əhmədov

Tanınmış jurnalist Mübariz Əhmədov 13 sentyabr 2023-cü ildə dünyasını dəyişdi. 1999-cu ildən Rusiyanın Vladivostok şəhərində nəşr olunan "Azərbaycan" qəzetinin təsisçisi və ilk baş redaktoru ömrünün 54-cü baharında ürək tutmasından vəfat etdi.

Qənirə Paşayeva

Siyasətçisi, jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva 28 sentyabr 2023-cü il tarixində səhhətindəki kritik durumla əlaqədar dünyasını dəyişdi. Qənirə xanım cəmi 48 il yaşadı.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO