“Vaqif, sənin rəhmin olsaydı, 14 yaşlı uşağı şikəst qoymazdın”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Meşəlidə zərərçəkmiş Teymur Salmanov Vaqif Xaçatryanın bu gün keçirilən məhkəmə iclasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Vaqif Xaçatryanın növbəti məhkəmə iclası BAŞLADI – VİDEO
T.Salmanov hakimdən V.Xaçatryana ən ağır cəza verilməsini tələb edib.
Qeyd edək ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır. İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb. Xaçatryanın vəkili Radmina Abulovadır.
Görüntüləri təqdim edirik:
Nuranə Daxilqızı, Bizim.Media