Sabah rayonlara yağış yağacaq - PROQNOZ 

Sabah rayonlara yağış yağacaq - PROQNOZ 

Hazırda oxunan: Sabah rayonlara yağış yağacaq - PROQNOZ 

161098

Oktyabrın 24-nə gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi axşama doğru şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 13-17° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 50-60% olacaq. 

Əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. 
Havanın temperaturu gecə 9-14° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO