“Azəristiliktəchizat”dan absurd XƏBƏRDARLIQ – Bir nəfərə görə bütün binanın istiliyi KƏSİLƏCƏK?

“Azəristiliktəchizat”dan absurd XƏBƏRDARLIQ – Bir nəfərə görə bütün binanın istiliyi KƏSİLƏCƏK?

Hazırda oxunan: “Azəristiliktəchizat”dan absurd XƏBƏRDARLIQ – Bir nəfərə görə bütün binanın istiliyi KƏSİLƏCƏK?

160750

“Azəristiliktəchzat” ASC əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanmasına başlanıb. Bununla bağlı artıq bir həftədən çoxdur ki, yaşayış binalarının üzərinə xəbərdarlıq bildirişləri yapışdırılır.

Bildirişdə qeyd olunub ki, yeni müqavilə bağlananadək mənzil sahiblərinin istiliyə olan borcları tam olaraq ödənməlidir. Əks təqdirdə binaya istilik verilməyəcək. 

Sözügedən xəbərdarlıq abonentlərin arasında narazılıq yaradıb. 

Etiraza səbəb olan məqam isə bir nəfərin istiliyə olan borcuna görə bütün binaya istilik verilməməsi ilə bağlı xəbərdarlığın olunmasıdır. Bu, ödənişi vaxtı-vaxtında ödəyən abonentlərə qarşı haqsızlıq kimi dəyərləndirilib. 

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı Bizim.Media-ya açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “İstilik enerjisindən istifadə qaydaları”nın 1.4-cü bəndinə əsasən istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanılmış müqavilə əsasında həyata keçirilməlidir:
 

MÖVZU İLƏ BAĞLI:

Ötən ay “Azəristiliktəchizat”a 373 vətəndaş müraciət edib


“Bununla əlaqadar olaraq “Azəristiliktəchizat” ASC-nin əməkdaşları əhali istehlakçı qrupu ilə  müqavilələrin bağlanmasına başlayıblar. “Azəristiliktəchizat” ASC-nin əməkdaşları Cəmiyyətdə işlədiyini təsdiq edən vəsiqəni (red. iş vəsiqəsi) təqdim etdikdən sonra müqavilə bağlanması üçün istehlakçıdan zəruri sənədləri - mənzil mülkiyyətçisinin şəxsiyyət vəsiqəsi və çıxarışın surəti təqdim etməyini xahiş edirlər. 

Müvafiq sənədlər əsasında “Azəristiliktəchizat” ASC və istehlakçı arasında müqavilə imzalanır. Sakinlərə müqavilənin mahiyyəti və zəruriliyi barəsində əvvəlcədən məlumatlar verilib, bütün binaların girişlərinə elanlar vurulub”.

Elvin Basqallı onu da əlavə edib ki, müqavilə bağlanılmadığı halda istilik təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab olunacaq.

Qurum rəsmisi açıqlamada bir nəfərin istiliyə olan borcuna görə bütün binaya istilik verilməməsi ilə bağlı iddiaların doğru olmadığını bildirib:

"Bununla bağlı hər hansı fakt mövcud deyil".


Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO