Göyçayda ağır QƏZA: Ölən və yaralananlar var

Göyçayda ağır QƏZA: Ölən və yaralananlar var

Hazırda oxunan: Göyçayda ağır QƏZA: Ölən və yaralananlar var

160055

Göyçayda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var. 

Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Belə ki, oktyabrın 16-sı saat 08 radələrində Göyçay rayonunun Yeniarx kəndi ərazisində 1953-cü il təvəllüdlü Ucar rayon sakini Mürsəl Abdullayevin idarə etdiyi “VAZ-21015” və İlfan Dovudovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili toqquşub.
Hadisə nəticəsində xəsarət alan “VAZ”-ın sürücüsü, eləcə də digər iki sərnişini – 1992-ci il təvəllüdlü Zamiq Həmidov və 2004-cü il təvəllüdlü Elvin Əhmədov xəstəxanaya yerləşdirilib. 

Göstərilən tibbi yardımlara baxmayaraq Mürsəl Abdullayev xəstəxanada ölüb. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO