Dövlət Sərhəd Xidməti əsgərlərin Ukrayna bazarına çıxarılan “tuşonka”sını NƏZARƏTƏ GÖTÜRDÜ - VİDEO

Dövlət Sərhəd Xidməti əsgərlərin Ukrayna bazarına çıxarılan “tuşonka”sını NƏZARƏTƏ GÖTÜRDÜ - VİDEO

Hazırda oxunan: Dövlət Sərhəd Xidməti əsgərlərin Ukrayna bazarına çıxarılan “tuşonka”sını NƏZARƏTƏ GÖTÜRDÜ - VİDEO

15916

Azərbaycan əsgərinin "Tuşonka"sının Ukrayna bazarında satıldığı ilə bağlı videogörüntü ortaya çıxıb. 

Bizim.Media vətəninfo.az saytına istinadən xəbər verir ki, yayılan videogörüntüdə Azərbaycan Respublikası Sərhəd Xidmətinə məxsus və əsgərlər üçün istifadəsi nəzərdə tutulan "Tuşonka" konservisinin Ukrayna bazarlarında satıldığı iddia olunub.  

Ukraynalı xanım bazardan ölkəsinin istehsalı adı altında aldığı məhsulu evdə araşdıran zaman onun Dövlət Sərhəd Xidmətinə məxsus olduğunu üzə çıxarıb.  

Videoda da açıq görünür ki, məhsulun üzərində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məxsus olduğu və “satışı qadağandır” sözləri yazılıb. 

Videogörüntü sosial şəbəkələrdə səs-küyə səbəb olub və ciddi müzakirələrə yol açıb.

Bizim.Media məsələni Dövlət Sərhəd Xidməti ilə aydınlaşdırmağa çalışıb.

Qurumun mətbuat katibi Maya Şərifova saytımıza açıqlamasında videogörüntüdən məlumatsız olduğunu və araşdırılandan sonra mövqe sərgiləyəcəklərini bildirib.

Mövzunu diqqətdə saxlayacağıq. 

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO