Qaxda iki müxtəlif yerdə yanğın baş verib - FOTO

Qaxda iki müxtəlif yerdə yanğın baş verib - FOTO

Hazırda oxunan: Qaxda iki müxtəlif yerdə yanğın baş verib - FOTO

158767

Günorta saatlarında rayon ərazisində yaşayış evində və yardımçı tikilidə baş verən yanğınlarda xəsarət alan olmayıb.

Bizim.Media-nın yerli bürosu Fövqəladə Hallar nazirliyi Qax Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata yanğılardan birincisi rayonun Zərnə kəndində, kənd sakini Lalə İlyasovaya məxsus ümumi sahəsi 160 kvadratmetr olan fərdi yaşayış evində baş verib.  

Əraziyə iki yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində yeni təmirdən çıxmış evin 100 kvadratmetr sahədə dam və tavan örtüyü tamamilə yanıb.

Yanğınsöndürənlərin və qonşuların köməyi ilə evdə olan əksər əşyalar yanmadan çıxarılıb. Ev sahibinin sözlərinə görə, yanğın dam örtüyündən baş verib. Hadisə zamanı ailə üzləri evdə olsalar da xoşbəxtlikdən xəsarət alan olmayıb.  

Digər yanğın hadisəsi isə Qax şəhəri İmam Mustafayev küçəsində, Elnur Qadaşova məxsus köməkçi tikilidə qeydə alınıb. Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.  
Yanğın zamanı köməkçi tikili içərisindəki əşyalarla birlikdə tamamilə yanıb. Hər iki yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.  




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO