Rusiyada faciəvi şəkildə ölən azərbaycanlı Zaqatalada dəfn EDİLDİ 

Rusiyada faciəvi şəkildə ölən azərbaycanlı Zaqatalada dəfn EDİLDİ 

Hazırda oxunan: Rusiyada faciəvi şəkildə ölən azərbaycanlı Zaqatalada dəfn EDİLDİ 

158644

Rusiyada faciəvi şəkildə ölən Zaqatala sakininin meyiti rayona gətirilib. Tolyatti şəhərində tikintidə işləyən Zaqatala sakininin rayonun Yeni Suvagil kəndindən olduğu bildirilir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakinlərinin məlumatına görə, 50 yaşlı Namiq Məmmədov uzun illərdir, yaz-yay aylarında Rusiyanın Tolyatti şəhərinə gedərək işləyir. 

Bu günlərdə o, işdən qayıdarkən velosipedlə hərəkətdə olarkən avtomobillə vurulub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Namiq Məmmədova ilkin tibbi yardım göstərilməsinə baxmayaraq o, dünyasını dəyişib. Kənd sakinləri onu da bildirib ki, mərhumun meyiti bu gün Zaqatalanın Yeni Suvagil kəndinə gətirilərək bir qədər əvvəl dəfn olunub. 

Tural Rasim oğlu, Bizim.Media, şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO