Antiterror tədbirlərində şəhid olan Yusif Xəlilov DƏFN OLUNDU – FOTO  

Antiterror tədbirlərində şəhid olan Yusif Xəlilov DƏFN OLUNDU – FOTO  

Hazırda oxunan: Antiterror tədbirlərində şəhid olan Yusif Xəlilov DƏFN OLUNDU – FOTO  

158499

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Yusif Məmmədrza oğlu Xəlilov dəfn edilib. Vida mərasimi şəhidin doğulduğu Lənkəranın Viravul kəndində keçirilib.  

Bizim.Media xəbər verir ki, müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu, tank komandiri gizir Yusif Xəlilovun cənazəsi doğulduğu Veravul kəndinə gətirilib. 

Şəhidin doğulduğu evdə onunla vida mərasimi keçirilib. Mərasimdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər. Veravul kənd qəbiristanlığında keçirilən dəfn mərasimində şəhidlərimizin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, Yusif Xəlilovun məzarına tər güllər düzülüb. 

Qeyd edək ki, şəhid Yusif Məmmədrza oğlu Xəlilov 1983-cü ildə Lənkəran rayonunun Veravul kəndində doğulub. 18 il Azərbaycan Silahlı Qüvvələrində xidmətdə olub. Bir günlük lokal antiterror tədbirləri zamanı şəhid olan və kimliyi sonradan müəyyənləşdirilən 6 hərbçidən biridir. Ailəli olub, iki qız övladı var. 











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO