Bağça müəllimlərinin işə qəbulu üzrə müsabiqəyə başlanılır

Bağça müəllimlərinin işə qəbulu üzrə müsabiqəyə başlanılır

Hazırda oxunan: Bağça müəllimlərinin işə qəbulu üzrə müsabiqəyə başlanılır

158400

Bu gündən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır.

Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən Bizim.Media-ya bildirilib ki, elektron sənəd qəbulu mərhələsi oktyabrın 5-dən 12-dək davam edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər oktyabrın 5-i saat 11:00-dan oktyabrın 12-si saat 11:00-dək www.miq.edu.az-a daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə ötən il ilk dəfə mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Cari tarixədək müsabiqə nəticələrinə əsasən 244 namizəd işlə təmin olunub. Hazırda məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə 91 vakant yer mövcuddur.

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş şəxslər iştirak edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO