Azərbaycan Dövlət Gömrük Komitəsinin ərazi gömrük idarələrinin sayı ARTIRILDI 

Azərbaycan Dövlət Gömrük Komitəsinin ərazi gömrük idarələrinin sayı ARTIRILDI 

Hazırda oxunan: Azərbaycan Dövlət Gömrük Komitəsinin ərazi gömrük idarələrinin sayı ARTIRILDI 

158359

Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında qərar qəbul edilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb. 

Qərara əsasən, Azərbaycan Dövlət Gömrük Komitəsinin ərazi gömrük idarələrinin sayı artırılaraq 10-a, ixtisaslaşdırılmış gömrük idarələrini sayı isə 4-ə çatdırılıb. 
Belə ki, Komitənin Qərb Ərazi Baş Gömrük İdarəsi, Cənub Ərazi Baş Gömrük İdarəsi, Şimal Ərazi Baş Gömrük İdarəsi ləğv edilib, Astara Gömrük İdarəsi, Balakən Gömrük İdarəsi, Biləsuvar Gömrük İdarəsi, Gəncə Gömrük İdarəsi, Xaçmaz Gömrük İdarəsi, Şərqi Zəngəzur Gömrük İdarəsi, Tovuz Gömrük İdarəsi yaradılıb. 

Həmçinin Komitənin ixtisaslaşdırılmış gömrük idarələrinin siyahısına Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi əlavə edilib.

Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin adı isə dəyişdirilərək Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO