Şəkidə 7 yaşlı uşağı maşın VURDU

Şəkidə 7 yaşlı uşağı maşın VURDU

Hazırda oxunan: Şəkidə 7 yaşlı uşağı maşın VURDU

158170

Şəkidə azyaşlını maşın vurub. Hadisə günorta saatlarında rayonun Aşağı Göynük kəndi ərazisində qeydə alınıb. 
 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, günorta saatlarında yolu keçmək istəyən 7 yaşlı məktəbli Nuray Məmmədlini avtomobil vurub. 

Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan məktəbli üçün Təcili Tibbi Yardım çağırılıb. Hadisə yerində azyaşlıya ilkin tibbi yardım gösərilib.

Daha sonra o, Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən Nuray Məmmədlinin vəziyyəti ağır olaraq qalır. Qəzanın təfərrüatları araşdırılır. 

Tural Rasim oğlu, Bizim.Media, şimal-qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO