FHN 13 nəfəri xilas etdi - 4-ü azyaşlıdır

FHN 13 nəfəri xilas etdi - 4-ü azyaşlıdır

Hazırda oxunan: FHN 13 nəfəri xilas etdi - 4-ü azyaşlıdır

158104

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 halda yanğına çıxış və 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-nin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, nazirliyin qüvvələri ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 13 nəfər xilas edilib. Həmçinin yanğın zamanı bir nəfərin cəsədi aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO