Bərdədə qəza olub, xəsarət alanlar var - FOTO 

Bərdədə qəza olub, xəsarət alanlar var - FOTO 

Hazırda oxunan: Bərdədə qəza olub, xəsarət alanlar var - FOTO 

158051

Bərdədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə Ağdam-Bərdə yolunun Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb. 

02-BL-320 dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı minik avtomobili yola keçmək istəyən piyadanı vurub. 

İdarəetməni itirən sürücü qarşıdan gələn Azər adlı şəxsin idarə etdiyi, 90-BF-321 dövlət qeydiyyat nişanlı "BMW" markalı minik avtomobili ilə toqquşub. 

Daha sonra sonra nəqliyyat vasitəsi yol kənarındakı marketə girib. 

Hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü, 1995 -ci il təvəllüdlü Murad Bəhmən oğlu və piyada, 1998-ci il təvəllüdlü Hüseynov Nəcməddin Nizaməddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. 

Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır. 



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO