Son antiterror tədbirlərində yaralanan və şəhid olan hərbçilərin ailələrinə sosial dəstək OLUNACAQ

Son antiterror tədbirlərində yaralanan və şəhid olan hərbçilərin ailələrinə sosial dəstək OLUNACAQ

Hazırda oxunan: Son antiterror tədbirlərində yaralanan və şəhid olan hərbçilərin ailələrinə sosial dəstək OLUNACAQ

157699

Lokal antiterror tədbirlərində yaralanan və şəhid olan hərbçilərin ailələrinin sosial dəstəklə təminatı istiqamətində işlər aparılır.

Lokal antiterror tədbirlərində yaralanan və şəhid olan hərbçilərin ailələrinin sosial dəstəklə təminatı istiqamətində işlər aparılır.

Bizim.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bu sahədə aparılan işlərdən bəhs olunub.

Bildirilib ki, qarşıda duran əsas vəzifələrdən biri şəhid ailələri və digər həssas qrupların sosial dəstək tədbirləri ilə əhatə olunmasıdır.

Kollegiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, müharibə iştirakçıları ilə bağlı həyata keçirilən geniş sosial dəstək tədbirlərini qeyd edib.
Həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış hərbçilərimizin ailələrinin, habelə həmin tədbirlər zamanı yaralanmış hərbçilərimizin də sosial dəstəklə təminatının hazırda əsas fəaliyyət istiqamətlərindən biri olduğu, qeyd olunan istiqamətdə müvafiq işlərin aparıldığı vurğulanıb.

Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminat proqramının uğurla davam etdirildiyi bildirilib. Həmin kateqoriyalardan olan vətəndaşlara bu il daha 750, postmüharibə dövründə 5 250, ümumilikdə ötən dövrdə 14 050 mənzil və fərdi ev təqdim olunduğu qeyd olunub. Yeni mənzil və fərdi evlərin təqdim edilməsi tədbirlərinin qarşıdakı dövrdə də davam etdiriləcəyi bildirilib.

Sosial xidmətlər sahəsində görülən işlər, o cümlədən bu il 5149 nəfərə evdə sosial-məişət xidməti göstərildiyi, 100 uşağın övladlığa verildiyi, reinteqrasiya tədbirləri nəticəsində dövlət uşaq müəssisələrindən 126 uşağın öz ailəsinə qaytarıldığı qeyd olunub. Cari ildə 2247 imtiyazlı şəxsin, o cümlədən 300-dən çox şəhid ailəsi üzvünün sanatoriya-kurort yollayışı ilə təmin edildiyi diqqətə çatdırılıb.
Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması, «Himayədar ailə» qayğı modelinin tətbiqi istiqamətində görülən işlərdən bəhs olunub. “Şəhid övladlarının anaları ilə birgə səyahət və təlim proqramı”, “Qəhrəmanlarımız üçün yaşıl işıq” sosial-psixoloji dəstək layihəsinin həyata keçirildiyi qeyd olunub.

İclasda sosial xidmətlər, hüquq, beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və digər sahələrdə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO