Gəncədə piyadanı ağır yaralayan sürücü hadisə yerindən qaçdı

Gəncədə piyadanı ağır yaralayan sürücü hadisə yerindən qaçdı

Hazırda oxunan: Gəncədə piyadanı ağır yaralayan sürücü hadisə yerindən qaçdı

157163

Dünən axşam saatlarında Gəncədə maşın yolu keçən 41 yaşlı piyadanı xəstəxanalıq edib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzində,  Şah İsmayl Xətai prospektində baş verib. 

Hərəkətdə olan "Mercedes" markalı minik avromobili yolu qarşı tərəfə keçmək istəyən 1982-ci il təvəllüdlü Sənhan Hüseynovu vurub.

Piyada ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin versiyaya görə, piyadanı vuran avtomobil qəzadan sonra hadisə yerindən qaçıb. Hazırda avtomobilin və hadisəni törədən sürücünün müəyyən edilərək tapılması istiqamətində işlər davam etdirilir. 
Faktla bağlı araşdırma aparıılır.

Məqsəd Rəhimov Bizim.Media, Qərb Bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO