Füzuli rayonunda arvadını öldürən 39 yaşlı kişi TUTULDU

Füzuli rayonunda arvadını öldürən 39 yaşlı kişi TUTULDU

Hazırda oxunan: Füzuli rayonunda arvadını öldürən 39 yaşlı kişi TUTULDU

156810

Sentyabrın 24-ü saat 21 radələrində Füzuli rayonu ərazisində 1987-ci il təvəllüdlü Ruhanə Qasımovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.   

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Füzuli rayon prokurorluğu yayıb.

Araşdırma zamanı 1984-cü il təvəllüdlü Süleyman Qasımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ruhanə Qasımovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Fakta görə Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Süleyman Qasımov şübhəli şəxs qismində tutulub.   
Hazırda ibtidai istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO