Rusiya Müdafiə Nazirliyi Qarabağdan Ermənistana mülki vətəndaşların olduğu konvoyun göndərilməsinin görüntülərini dərc edib.
Bizim.Media xəbər verir ki, bu barədə video “RİA Novosti” agentliyində yer alıb.
Görüntülərdə Xocalı aeroportunda rus sülhməramlılarının əsgərləri erməniləri mikroavtobuslara mindirərək Gorusa yola salırlar.
Qeyd edək ki, Gorus şəhərində Qarabağ erməniləri üçün çadır şəhərciyi yaradılıb.
Bizim.Media