Bazar gününün HAVA PROQNOZU 

Bazar gününün HAVA PROQNOZU 

Hazırda oxunan: Bazar gününün HAVA PROQNOZU 

156601

Sentyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  

Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. 

Paytaxtda havanın temperaturu gecə 16-20° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45 % olacaq. 
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. 

Bölgələrdə avanın temperaturu gecə 16-20° isti, gündüz 24-29° isti, dağlarda gecə 6-11° isti, gündüz 12-17° isti olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO