50 yaşlı kişi qardaşının keçmiş arvadı ilə yaşayan gənci güllələyərək ÖLDÜRDÜ 

50 yaşlı kişi qardaşının keçmiş arvadı ilə yaşayan gənci güllələyərək ÖLDÜRDÜ 

Hazırda oxunan: 50 yaşlı kişi qardaşının keçmiş arvadı ilə yaşayan gənci güllələyərək ÖLDÜRDÜ 

156356

Ötən il Bərdə rayonu Lənbəran kəndində tanışı, 32 yaşlı İsrafil Hüseynovu güllələyərək qətlə yetirən 1973-cü il təvəllüdlü S.Hacıyevin məhkəməsi başa çatıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, S.Hacıyev Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib. 

Məhkəmədə bildirilib ki, S.Hacıyevin qardaşı 2019-cu ildə həyat yoldaşından boşanıb və 2021-ci ildə vəfat edib.

Bundan sonra mərhumun həyat yoldaşı İ.Hüseynovla birgə yaşamağa başlayıb. S.Hacıyev və qohumları qardaşının keçmiş arvadının övladları ilə birgə İsrafillə yaşamasına etiraz ediblər və münaqişə baş verib. 
Bundan sonra S.Hacıyev İsrafili qətlə yetirmək qərarına gəlib və avtomobilinə silah qoyaraq onu görəndə güllələyəcəyini bildirib.Hadisə baş verən gün də S.Hacıyev İsrafilin maşınla gəldiyini görərək onu saxladıb və yolun kənarında 2 dəfə atəş açaraq qətlə yetirib. 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Hacıyevə 11 il həbs cəzası təyin edilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO