Balakəndə avtomobilin vurduğu azyaşlı xəstəxanada ölüb - FOTO

Balakəndə avtomobilin vurduğu azyaşlı xəstəxanada ölüb - FOTO

Hazırda oxunan: Balakəndə avtomobilin vurduğu azyaşlı xəstəxanada ölüb - FOTO

155521

Bir neçə gün əvvəl Balakəndə avtomobilin vurduğu 10 yaşlı uşaq bu gün vəfat edib.  

Bu barədə Bizim.Media-ya yerli sakinlər məlumat verib.  

Qeyd olunub ki, qəzadan sonra 10 yaşlı Rail Nağıyev ağır vəziyyətdə, kəllə-beyin travması ilə  xəstəxanaya çatdırılıb. Elə həmin andan da Balakən Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.  
Həmin gündən koma vəziyyətində olan azyaşlıya həkimlər bütün tibbi yardımlar göstərsə də həyatını xilas edə bilməyiblər.  

Qeyd edək ki, bir neçə gün əvvəl Balakən şəhəri Rafiq Səmədov küçəsində Nurullah Dibirov idarə etdiyi “QAZ-31” markalı minik avtomobili ilə yolun kənarında hərəkətdə olan 10 yaşlı Rail Nağıyevi vurub.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Rail sürücünün və hadisə şahidlərinin köməyi ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO